azia.az
azia.az

“Çin alimləri 10 ildir Uhanda koronavirusu insana yoluxdurmaq üçün sərsəm eksperiment aparırdılar...”

24-04-2020, 13:46

“Çin alimləri 10 ildir Uhanda koronavirusu insana yoluxdurmaq üçün sərsəm eksperiment aparırdılar...”
“Çin alimləri 10 ildir Uhanda koronavirusu insana yoluxdurmaq üçün sərsəm eksperiment aparırdılar...”
Çin alimləri 10 ildən çoxdur Uhandakı labaratoriyada koronavirus üzərində sərsəm eksperimentlər aparırdılar. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Engelqardt adına molekulyar biologiya İnstitutunun baş elmi əməkdaşı, professor Pyotr Çumakov “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində deyib.

Rusiyalı professor COVİD-19 virusunun süni olduğu və çinlilər tərəfindən HİV virusuna qarşı tətbiq etmək məqsədi ilə hazırlandığı barədə fransalı virusoloq, Nobel mükafatı laureatı Lyuk Montenyenin mülahizələrinin əsassız olmadığını bildirib.

Onun sözlərinə görə, Uhan labaratoriyasının mütəxəssisləri koronavirusun müxtəlif variantlarının işlənib hazırlanması ilə məşğul olurdular və bunu guya həmin virusların patogenliyinin öyrənilməsi məqsədi ilə edirdilər.
“Çin alimləri 10 ildir Uhanda koronavirusu insana yoluxdurmaq üçün sərsəm eksperiment aparırdılar...”
“Onlar mənim fikrimcə, tamamilə ağılsız, sərsəm hərəkət ediblər, məsələn, virusa insan hüceyrəsini yoluxdurmaq xüsusiyyəti verən gen qoyublar”,-rusiyalı alim bildirib.

Çumakov istisna etmir ki, Uhan labaratoriyasında həqiqətən HİV virusuna qarşı peyvəndin işlənib hazırlanması ilə məşğul idilər. “Hərçənd heç kim istisna etmir ki, alimlərin çiyinləri arxasında onların tədqiqatını başqa, özlərinə lazım olan istiqamətə yönəltmək istəyən kuratorlar dayanmışdı”,-professor əlavə edib.



Çumakovun fikrincə, hələlik heç kimi ittiham etmək lazım deyil, amma ciddi tədqiqat aparılmalıdır. Onun sözlərinə görə, istisna deyil ki, yekunda virusun yayılmasına görə ayrı-ayrı çinli alimləri günahkar çıxaracaqlar. “Lakin istisna deyil ki, günahkarlar arasında onların amerikalı məsləhətçiləri də yer alacaq”,-o deyib.

Çumakov qeyd edib ki, koronavirus üzərində tədqiqat proqramını həm də ABŞ dəstəkləyirdi. “Maraqlı budur ki, viruslarla işləyən çinli və amerikalı alimlər öz işlərini açıq mətbuatda çap ediblər. Mən hətta buna təəcüblənirəm ki, bütün bu əhvalat insanlara çox ləng çatır! Hesab edirəm ki, hər halda tədqiqat başladılacaq və belə təhlükəli virusların genləri ilə işi tənzimləyən yeni qaydalar işlənib hazırlanacaq”,-professor bildirib.

“Çin alimləri 10 ildir Uhanda koronavirusu insana yoluxdurmaq üçün sərsəm eksperiment aparırdılar...”

Bəs virus labaratoriyadan necə ətrafa sıza bilərdi? Pyotr Çumakov bu suala belə cavab verib: “Kim bilir? Bəlkə onlar yarasanı həmin virusa yoluxdurublar, o isə labaratoriyadan çıxıb və uçub. Burada nə qədər istəsən ssenari qurmaq olar”.

Çumakov hesab edir ki, Çin Uhan labaratoriyasında araşdırma aparmaq üçün beynəlxalq komissiyanı ora buraxmalı olacaq. Çünki indidən ABŞ prezidenti Çinin kompensasiya ödəməli olduğu haqda danışır. Nəticədə Çin virusun yayılmasında əli olmadığını sübut etmək üçün belə tədqiqata imkan yaratmalıdır.

Rusiyalı professor deyib ki, koronavirusun geni üzərində şəxsən tədqiqat aparıb və orada yad genlərin elementlərinin olduğunu təsdiq edir. Belə ki, virusda HİV virusunun genlərinə oxşar elementlər var ki, bu da koronavirusu insan üçün təhlükəli edir. Lakin virus mutasiya etməyə başlayanda özü həmin yad elementləri kənarlaşdırır. Çumakovun fikrincə, COVİD-19 virusu üçün ən “sevimli məşğuliyyət” simptomsuz infeksiyaya səbəb olmaqdır, çünki belə şəraitdə o rahatca çoxala, insandan insana keçə bilir.

Xatırladaq ki, koronavirusun Uhan labaratoriyasında hazırlandığı barədə məlumatlar indiyədək Qərb mənbələrində yer alırdı. Rusiyada isə bu ehtimalı yaxına buraxmaq istəmirdilər.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi