azia.az
azia.az

“Şah Oil” şirkətinin rəhbəri Şakir Eyyubov Rauf Arifoğluya rəqib oldu – “Pul, yoxsa ciddi ideoloji rəqabət?”

15-01-2020, 17:07


“Şah Oil” şirkətinin rəhbəri Şakir Eyyubov Rauf Arifoğluya rəqib oldu – “Pul, yoxsa ciddi ideoloji rəqabət?”
Bildiyiniz kimi, fevral ayının 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Dairələr üzrə namizədlərin qeydə alınması prosesi demək olar ki, artıq başa çatıb.   “Şah Oil” şirkətinin rəhbəri Şakir Eyyubov Rauf Arifoğluya rəqib oldu – “Pul, yoxsa ciddi ideoloji rəqabət?”
Rəqabətin güclü olacağı dairələrdən biri də 35 saylı Xətai 3-cü seçki dairəsidir. Bu dairədən iki tanınmış şəxsin namizədliyi daha çox müzakirə olunur: “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu və “Ümid” partiyasının sədri İqbal Ağazadə...
Lakin 35 saylı Xətai 3-cü seçki dairəsindən iş adamının da deputatlığa namizədliyi qeydə alınıb. Bu “Şah Oil” şirkətinin (“zapravka”) sahibi, “Birlik” futbol klubunun rəhbəri Şakir Eyyubovdur. Ş.Eyyubov kifayət qədər geniş imkanlara sahib iş adamıdır. Nəzərə alsaq ki, Ş.Eyyubov uzun illərdir Xətayi rayonunda yaşayır və həmin ərazidə az-çox tanınan simadır, maddi imkanları da genişdir, o zaman onun həm İ.Ağazadə, həm də R.Arifoğlu üçün ciddi rəqib olacağı şübhə doğurmur. Ş.Eyyubov seçki qərargahı da yaradıb, qərargahında yüzlərlə adam fəaliyyət göstərir.
Ancaq bütün bunlarla yanaşı, bir amili önə çəmək lazımdır. Həqiqətən də, Ş.Eyyubov həm İ.Ağazadədən, həm də R.Arifoğludan çox zəif namizəd kimi görünür. Əvvəla ona görə ki, adıçəkilən hər iki şəxs Azərbaycanda çox ciddi nüfuza malikdirlər, ancaq Ş.Eyyubov ölkə ictimaiyyətinə demək olar ki, tamamilə yad simadır. Ola bilər ki, Xətayi rayonunda tanınsın, ancaq rayon əhalisi üçün bu günə qədər xüsusi bir addım atmış adam da deyildir. Bu günə qədər ictimai-siyasi fəaliyyəti qətiyyən diqqət çəkməyən, ölkədə baş verən hadisələrə heç vaxt mövqe bildirməyən Ş.Eyyubovun deputatlıq eşqinə düşməsi təəssüf doğurmaya bilməz. R.Arifoğlu və İ.Ağazadə həbs yolu keçmiş, sərhədsiz ictimai-siyasi fəaliyyətləri olan şəxslərdir. Ş.Eyyubovun isə sadəcə maddi imkanları əsas tutaraq namizədliyini irəli sürməsi başadüşülən deyildir.
Əldə olunan məlumatlardan da görünür ki, Ş.Eyyubov sadəcə maddi imkanlarına güvənərək namizədliyini irəli sürüb və təbliğat-təşviqat prosesində də məhz “maddi ölçülü” addımlar tacağı gözlənilir. Bu o deməkdir ki, bu günə qədər müxtəlif dairələrdən tapşırıq əsasında insanların səsəni oğurlayıb deputat olan şəxslərlə pulu, maddi imkanları hesabına deputat olmaq istəyən Ş.Eyyubov arasında heç bir fərq yoxdur.
Ş.Eyyubovla bağlı məsələləri diqqətdə saxlayacaq, təbliğat-təşviqat prosesini də izləyib silsilə mövqeyimizi ortaya qoyacağıq.
Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq....
Aydın Adıgözəlli,
Xüsusi olaraq AZİA.az xəbər portalı üçün


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi