azia.az
azia.az

Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb

4-02-2017, 13:41

Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb
Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücünün avtomobilindən silah aşkarlanıb.

Qaynarinfo.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Fevralın 3-də Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi “Chevrolet-Camaro” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.

Müvəqqəti duracaqda S.Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.

Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.

azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi