azia.az
azia.az

Zaqatalada əməliyyat – 23 nəfər saxlanıldı

28-11-2016, 12:37

Zaqatalada əməliyyat – 23 nəfər saxlanıldı
Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkarlanıb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi