azia.az
azia.az

Azərbaycana casusluq etdiyi iddia edilən ermənilərin məhkəməsi oldu

10-02-2016, 15:46

Azərbaycana casusluq etdiyi iddia edilən ermənilərin məhkəməsi oldu Ermənilər internetlə Azərbaycana xəbər ötürməkdə ittiham edilirlər.

Bu gün Azərbaycanın xeyrinə casusluqda ittiham edilən ermnilərin növbəti məhkəməsi baş tutub.
Casusuluq etməkdə günahlandırılan Karine Qumaşyanın məhkəməsi şahidlərin olmaması səbəbi ilə təxirə salınıb. Hakim Arşak Vardanyanın sədrliyi ilə keçirilinən məhkəmə iclasında prokurorun vəsatəti təmin edilərək, növbəti iclasda şahid qismində müttəhim Karin Qumaşyanın oğlu David Karapetyanın, habelə, digər oğlu hərbi xidmətdə olan, Tiqran Karapetyanın iştirakının təmin edilməsi tələb edilib.
Növbəti məhkəmə iclası martın 2-nə təyin olunub.
İttihama görə, istintaqa əsas fiqur hesab edilən Rafiq Papoyan Türkiyədə Azərbaycanın xüsusi xidmətlərinin nümayəndəsi olan Seyranla əlaqə qurmaqda ittiham edilir. Ona Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birinə müqavilə əsasında işə düzəlmək tapşırığı verilib. Əldə edilən informasiya isə internetlə ötürülməli idi. Karine Qumaşyan da 2013-cü ildə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən ələ alınıb.
Diana Qoroyan xalası qızı Karina Qumaşyanın Azərbaycanın xüsusi xidmətlərinin nümayəndəsi kimi təqdim edilən Arman ilə tanışlığından xəbərdar olmaqda ittiham edilir. Qız məsələnin dövlətə xəyanətdən getdiyini bilməkdə və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.
18 yaşlı qızın vəkili Liana Qasparyan bütün ittihamları rədd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi