Paşinyanın təyyarəsi 5 ay sonra İrəvanda
Ermənistan hökumətinin sərəncamında olan yeganə təyyarə – “Airbus A319” beş ay sonra İrəvana qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə “Hetq” nəşri yazıb.
Bildirilib ki, hökumət təyyarəsi mayın 6-da texniki qulluq məqsədilə Sofiya şəhərinə göndərilmişdi. Texniki xidmətlə bağlı prosedurlar icra olunduqdan sonra təyyarə yenidən İrəvana qayıdıb.