azia.az
azia.az

Bu ölkədə parlament binası ələ keçirildi, deputatlar və jurnalistlər girov götürüldü

28-04-2017, 10:10

Bu ölkədə parlament binası ələ keçirildi, deputatlar və jurnalistlər girov götürüldü

Makedoniyada parlament sədrinin seçilməsi üçün keçirilən iclasda tərəflər arasında gərginlik yaşanıb.

Avropa.info xəbər verir ki, parlamentə zorla girən bir qrup etirazçının bəzi millət vəkillərini girov götürdüyü bildirilir.

Parlamentdə çoxluqda olan siyasi partiyalar sədrin seçilməsi tələbi ilə ayağa qalxaraq “Səs verin”, “sonunuz həbsxanadır” şüarları səsləndiriblər.

Parlament sədri seçkisini əngəlləmək istəyən Daxili Makedoniya İnqilabçı Təşkilat -Makedonyanın Milli Birliyi Demokratik Partiyasından olan millət vəkillərinə təpki göstərən qarşı tərəf onların parlamenti tərk etmələrini, onlar olmadan da çoxluğun parlamentin işini davam etdirə biləcəyini tələb ediblər.

Bunun qanuna zidd olduğunu bildirən Daxili Makedoniya İnqilabçı Təşkilat -Makedonyanın Milli Birliyi Demokratik Partiyasından olan millət vəkilləri isə ayağa qalxaraq Makedoniya milli himnini söyləməyə başlayıblar. Bundan sonra, BESA Hərəkatından deputat Zəkəriyyə İbrahimi parlamentin kürsüsünə qalxaraq Albaniyanın milli himnini oxuyub.


Gərginliyin ardından parlamentin iclasının sabaha qədər təxirə salındığı açıqlanıb.
İclasın təxirə salınmasına baxmayaraq, parlamentə sədr seçmək üçün yetərli əksəriyyətə malik partiyaların deputatları başqa bir salonda Alban partiyası olan Demokratik İnteqrasiya Birliyindən Tələt Cəfəri parlamentin yeni sədri seçiblər.

Cəfərinin yeni parlament sədri seçildiyinin açıqlanmasından sonra, Daxili Makedoniya İnqilabçı Təşkilat -Makedonyanın Milli Birliyi Demokratik Partiyasından olan millət vəkilləri tərəfdarları parlament binası qarşısında yığışaraq etiraza başlayıblar.

Yeni parlament sədri Cəfəri Daxili İşlər Nazirliyinin parlament binasını qorumaqdan məsul olduğunu bildirərək, cinayət törədən hər kəsin qanun qarşısında cavab verəcəyini deyib.

Bu arada, maskalı bir qrupun zorla parlamentə girməsi zamanı Makedoniya Sosial Demokratlar Birliyinin sədri, millət vəkili Zoran Zaev ağır yaralanıb.
Məclisin giriş və çıxışları bağlanarkən , hadisə yerinə xüsusi polis dəstələri gətirilib.
Son dəqiqə yayılan xəbərlərə görə isə, maskalı bir qrup bəzi millət vəkilini girov götürüb. Məlumata görə, aralarında Türkiyənin Anadolu Agentliyinin əməkdaşı olmaqla, bir qrup media nümayəndəsi də parlament binasında girov saxlanılıb.

Əllərində tapançalar olan qrupun jurnalistləri döydükləri qeyd olunur.
Xaos mühitinin hakim olduğu Məclis qarşısında və içərisindəki gərginlik davam edir.
***
Son dəqiqə məlumatına görə, insident baş verdikdən sonra Makedoniya DİN-nin xüsusi təyinatlı dəstəsi Vahid Makedoniya Uğrunda hərəkatı fəalları tərəfindən parlament binasında saxlanılan deputatları azad etmək üçün xüsusi əməliyyat keçirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi