azia.az
azia.az

İstanbulda şiddətli partlayış: 29 ölü, 166 yaralı - Yenilənib

11-12-2016, 14:37

İstanbulda şiddətli partlayış: 29 ölü, 166 yaralı - YenilənibTürkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda ard-arda törədilən terror aktları zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumatı açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuat konfransında açıqlama verən nazir bildirib ki, baş vermiş terror aktı zamanı 27-si polis olmaqla 29 nəfər həlak olub, 166 nəfər yaralanıb.

Verilən açıqlamalarda ölü sayının artacağı istisna edilmir.

Nazir bundan başqa bildirib ki, partladılan avtomobilin kimə məxsus olduğunun araşdırılması xüsusunda əməliyyatlar keçirilib. Əməliyyat axtarış tədbirləri nəticəsində 10 nəfər şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Nazir qeyd edib ki, terror aktının kimlər və hansı terror təşkilatları tərəfindən törədilməsi ilə bağlı aparılan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün İstanbulun Beşiktaş adlanan ərazisində iki güclü partlayış baş verib.

Teraktı PKK terror rəşkilatının törətdiyi ehtimal edilir.

* * *
İstanbulda Maçkada bu axşam şiddətli bir partlayış olub.

Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında partayış baş verib.

Partlayış nəticəsində yaralananlar olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürən maşınların cəlb olunduğu bildirilir.

Polis havaya atəş açıb. Stadion İstanbulun Beşikdaş bölgəsində yerləşir.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi