İstanbulda terror törədən ikinci şəxsin də kimliyi açıqlandı
Türkiyədə hava limanında terror aktı törədən şəxslərdən ikisinin şəxsiyyəti məlumdur.
Lent.az-ın “sözcü.com.tr”yə istinadən məlumatına görə, onlar Rakim Bulgarov ve Vadim Osmanovdur. Hər iki şəxsin Rusiya vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, iyunun 28-də İstanbulda Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində 44 nəfər ölüb, 239 nəfər isə yaralanıb.