azia.az
azia.az

Brüssel metrolarında SARSIDICI TERROR: 15 ölü, 55 yaralı

22-03-2016, 16:22

Brüssel metrolarında SARSIDICI TERROR: 15 ölü, 55 yaralı Brüsseldə “Malbek” metrostansiyasında baş verən partlayış zamanı ölənlərin sayı 15-ə çatıb.
Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, hadisə zamanı 55 nəfərin yaralandığı deyilir. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.

***
Brüsseldə daha bir metrostansiyada partlayış baş verib.
Lent.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, budəfəki partlayış şəhərin “Ar-lua” metrostansiyasında qeydə alınıb. Hadisənin təfərrüatları hələ bəlli deyil.

***
İlkin məlumatlara görə, metroda baş verən partlayışda 10 nəfər ölüb. 15 nəfər yaralı var. Bu hadisənin də terror aktı olduğu ehtimal edilir. Rəsmi təsdiq yoxdur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldəki bütün metrostansiyalar, məktəblər və uşaq bağçaları bağlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi