Tramp, Putin və Si Cinpin razılığa gəldi
Çin, ABŞ və Rusiya nüvə risklərinin azaldılması, nüvə silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Xəbər verilir ki, bu barədə Çin dövlət mediası üç ölkə liderlərinin üçtərəfli görüşündən sonra qəbul edilən birgə bəyanata istinadən məlumat yayıb.
Bəyanata əsasən, tərəflər nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəliblər.
Sənəddə, həmçinin üç ölkənin emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırdığı bildirilib.
Liderlər indiyədək analoqu olmayan üçtərəfli görüş çərçivəsində strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını da bəyan ediblər.