azia.az
azia.az

Rusiya şirkətindən separatçı ermənilərə dəstək

14-09-2016, 13:46

Rusiya şirkətindən separatçı ermənilərə dəstək
“Taşir” şirkətlər qrupu Dağlıq Qarabağın elektrik şəbəkəsini almaq istəyir
Rusiyanın “Taşir” şirkətlər qrupu Dağlıq Qarabağın elektrik şəbəkəsini almaq barədə danışıqlar aparır. Bizimyol.info Virtualaz.org istinadən xəbər verir ki, bu haqda “Jamanax” qəzeti yazıb. “Taşir” şirkətlər qrupu erməni milyarder Samvel Karapetyana məxsusdur. O, eyni zamanda Rusiya Erməniləri İttifaqının rəhbəridir. Bundan əvvəl “Taşir” Ermənistanın elektrik şəbəkəsini Rusiyanın “İnterRAO” şirkətindən alıb. Bu, “İnterRAO” şirkətinin elektrik enerjisi tariflərini artırmasına qarşı Ermənistanı bürüyən kütləvi etirazlardan sonra baş vermişdi.

İndi isə Karapetyan işğal altındakı Azərbaycan ərazilərində elektrik şəbəkəsinin sahibi olmaq istəyir. Belə görünür ki, rəsmi Bakı bu sövdələşməni əngəlləmək üçün bütün mümkün diplomatik rıçaqlardan istifadə etməli və Rusiya tərəfinə öz etirazını bildirməlidir. “Taşir” qrupu erməni oliqarxa məxsusdur, ancaq Rusiya şirkətidir və onun Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərməsinə qarşı rəsmi Moskva tədbirlər görməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi