azia.az
azia.az

8 Uşaq İnkişaf Hesabları mözsunda Beynəlxalq Konfrans keçirildi

8-11-2018, 14:52

8 Uşaq İnkişaf Hesabları mözsunda Beynəlxalq Konfrans keçirildi


Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan Sosial İş İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzi, Gələcək Nəsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində“ Azərbaycan uşaqlarının parlaq gələcəyinin təmin edilməsi və həyata inamla başlamaları üçün Uşaq İnkişaf/Qənaət Hesabları haqqında maarifləndirmənin aparılması” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirildi.
8 Uşaq İnkişaf Hesabları mözsunda Beynəlxalq Konfrans keçirildi

6 noyabr 2018-ci il tarixində həyata keçirilən "Uşaq İnkişaf Hesabları: Uşaq İnkişafına Yeni Yanaşma" mövzusunda beynəlxalq konfransda uşaq müdafiə sistemindəki ümumi problemlər, uşaq müdafiə sistemindəki çətinliklər, uşaq müdafiə sisteminin qurulması, uşaq inkişaf hesabları siyasəti və praktikası, Azərbaycanda uşaq inkişaf hesablarının tətbiqindən bəhs edilib.
8 Uşaq İnkişaf Hesabları mözsunda Beynəlxalq Konfrans keçirildi

Konfransda dövlət rəsmilərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rektoru professor Ceyran Mahmudova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatının nümayəndələri və beynəlxalq qonaqlar kimi isə Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzinin Direktoru professor Maykl Şerraden, İsrailin Tədqiqat və Planlaşdırma İnstitutunun Direktor Müavini professor Daniel Qotlieb, Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzinin Beynəlxalq Direktoru Li Zou, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, İran, Gürcüstan, Qazaxıstan, Monqolustan,kimi müxtəlif ölkələrdən peşəkar uşaq müdafiəsi və sosial iş üzrə mütəxəssislər iştirak ediblər. Ümumilikdə isə konfransda 10 ölkədən 20 beynəlxalq nümayəndə iştirak edib.
8 Uşaq İnkişaf Hesabları mözsunda Beynəlxalq Konfrans keçirildi

İlk əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru professor Maykl Şerraden giriş nitqi ilə qonaqları və iştirakçıları salamladı, daha sonra isə Azərbaycan Sosial İş İctimai Birliyinin sədri Aytəkin Hüseynli isə uşaq müdafiəsi, uşaq müdafiə sisteminin qurulması və Azərbaycanda Uşaq İnkişaf/Qənaət Hesablarının tətbiqi mövzularında məlumat vermişdir. Konfransda həmçinin iki panel müzakirəsi həyata keçirilmişdir. Panel müzakirələrində Post-Sovet ölkələri, Türkiyə, İran və Monqolustanı təmsil edən nümayəndələr ölkələrinin uşaq inkişaf siyasətləri, uşaqlara göstərilən sosial xidmətlər, uşaqlar üçün pul proqramları və s. haqqında məlumat vermişlər.
Azia.az

8 Uşaq İnkişaf Hesabları mözsunda Beynəlxalq Konfrans keçirildi[/center]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi