6 NOYABRDA UŞAQ İNKİŞAFINA YENİ YANAŞMA MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
Azia.az-a verilən məlumata görə, Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfrans Uşaq İnkişaf Hesabları mövzusundadır. Uşaq İnkişafı Hesabları (UİH), ilk dəfə Sosial İnkişaf Mərkəzinin Direktoru Maykl Şerradenin "Kapital və Yoxsullar" adlı kitabında təklif etdiyi kimi doğumdan əvvəl başlayan qənaət və ya investisiya hesablarıdır. Bir çox hallarda, ictimai/dövlət və özəl vəsaitlər bu hesaba yatırılır və uşağın əmanətlərini artırır. Uşaq İnkişaf Hesablarıuşaqların uzunmüddətli inkişafı üçün qoyulan əmanətlər onların həyat şəraitlərinin yaxşılaşdırılmasına kömək edir. Nəticədə, UİH uşaqlıq dövründə təhsil və təcrübə, gənclərin orta məktəbdən sonrakı təhsili, yetkinlik zamanı inkişaf üçün şərait yarada bilər. UİH-lər valideynlər və uşaqlara onların 18 yaşdan sonra inamlı bir başlanğıc təmin etmək üçün əmanətlər toplamaq üçün şərait yaradır.
Konfrans Azərbaycan Sosial İş İctimai Birliyi, Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzi və Gələcək Yaş İnstitutu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil edilir.