azia.az
azia.az

Qızdırması qalxan körpənin ayağını açıb gördülər ki...

24-03-2020, 03:06

Qızdırması qalxan körpənin ayağını açıb gördülər ki... ABŞ-da yaşayan Ninilər ailəsində maraqlı hadisə yaşanıb. Körpələrinin qızdırması qalxıb və sonra çox maraqlı bir şey kəşf ediblər.
7 aylıqkən dünyaya gələn qız uşağı Molly Ninin birdən-birə qızdırması yüksəlib. Mollynin atasının sözlərinə görə, nahar vaxtı Molly çox narahat imiş və mütəmadi olaraq ağlayırmış.
"Həyat yoldaşım Jess uşağın rahatlaması üçün corablarını çıxardı. O an körpəmizin ayaq barmağını gördük. Buna "saç iplik turnike sindromu" deyilirmiş. Corabın içinə girən bir saç teli barmağa dolanır və qan dövranını dayandırır. Anası həmin saçı maqqaş köməyilə çıxarıb. Təəssüf ki, saç Mollynin ayaq barmağını sıxıb dərinlərə qədər kəsmişdi. Müdaxilə bir az da gec olsaydı daha böyük fəsadlar ola bilərdi.
Həkimlər də bildirir ki, uşaqlar narahat olmağa başlayanda ilk öncə onun ayağına baxmaq lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi