Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu
Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandir müavini Artsvik Qriqoryan vəzifəsindən uzaqlaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qriqoryan bu vəzifəyə 22 oktyabr 2025-ci ildə təyin olunub. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi Azərbaycan əsgəri Nəsimi Musayevin sərhədi keçməsi və Ermənistanın sərhəddən 20 km məsafədə yerləşən Şəki kəndinə qədər gedə bilməsi göstərilir.