azia.az
azia.az

Saakaşvili Gürcüstana qayıdır: “Oktyabrın 2-nə bilet almışam”

28-09-2021, 01:02


“Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”.
Saakaşvili Gürcüstana qayıdır: “Oktyabrın 2-nə bilet almışam”
Azia.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.

O, həmin günün axşamı Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib: “Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdəTbilisiyə çatacaq.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək (report).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi