azia.az
azia.az

“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub

7-11-2020, 13:03


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sonuncu tenderin qalibini açıqlayıb.
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Teref.az yazır ki, noyabrın 4-də elan olunan nəticələrə görə, Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi “Kür-Araz Şirkəti” MMC-yə həvalə olunub. Bu işlər üçün şirkətə dövlət büdcəsindən 6 milyon 691 min 350 manat ödəniləcək.

“Kür-Araz Şirkəti” MMC son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin 6-da qalib olub. Son bir il ərzində ilk tender də elə 2019-cu il noyabrın 4-də elan olunub.

Həmin vaxt “Kür-Araz Şirkəti” MMC Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış Şeylanlı qəsəbəsində 46 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 290 min, 2020-ci il martın 13-də Abşeron rayonu ərazisində 9 mərtəbəli 54 mənzilli 40 və 41 №-li yaşayış binasının tikintisi üçün 6 milyon 200 min, aprelin 9-da Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbəsində qaz, su təchizatı və suvarma sisteminin tikintisi üçün 1 milyon 37 min, sentyabrın 24-də Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 milyona yaxın məbləğdə tenderlərin qalibi elan olunub.

“Kür-Araz Şirkəti” MMC son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi 18 milyon manatdan artıq tenderlərin qalibi olub.
mubahise.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi