azia.az
azia.az

İbrahim Cəfərov:"Yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaqdır"

28-10-2019, 01:46

İbrahim Cəfərov:"Yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaqdır"
ADAU-nun tektoru İbrahim Cəfərovdan tələbələrə, izləyicilərə, fermerlərə və aqrar sahədə çalışan iş adamlarına müjdə.
Əziz tələbələrim, hörmətli izləyicilər, fermerlər və aqrar sahədə çalışan iş adamları!
Son zamanlar yazdığım bəzi statuslara münasibət bildirərkən aqronom, baytar həkimi çatışmazlığı barədə ayrı-ayrı vətəndaşlar, təşkilatlar münasibət bildirirlər. Bu həqiqətdir, doğrudan da aqrar sahə üzrə bəzi mütəxəssislərin çatışmazlığı hiss olunur və fermerlər, iş adamları xarici ölkələrdən müəyyən mütəxəssislər dəvət edirlər. Bunun ən başlıca səbəblərindən biri bizim gənclərin aqrar sahə ixtisaslarına maraqlarının az olmasından irəli gəlirdi. Lakin tam əminliklə qeyd edirəm ki, son illərdə situasiya tam dəyişilmiş və aqrar ixtisaslara yüzlərlə tələbələr qəbul olunur , təhsil alırlar. Möhtərəm cənab Prezidentin tapşırığı ilə aqrar yönümlu 14 ixtisas üzrə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən ödənilir, əlavə olaraq dövlət sifarişi ilə təhsil alan tələbələrin hamısı təqaüd alırlar.Son illər bir daha qeyd edirəm ki, cənab Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq tədris korpuslarının təmiri, tələbə evlərinin tikintisi, yeni tədris korpusunun tikintisi, maddi -texniki bazanın gücləndirilməsi üçün milyonlarla manat vəsait ayrılmışdır, bunlar hamısı tələb olunan kadr hazırlığına istiqamətlənmişdir. Təkcə bu il universitetə 1310 tələbə qəbul olmuşdur ki, onlardan 250 nəfər aqronom yönümlü, 200 tələbə baytar yönümlü ixtisaslardandır. Ona görə də yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaqdır, sadəcə Siz bizimlə olun və bizə inanın!!!


İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

İbrahim Cəfərov:"Yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaqdır"
İbrahim Cəfərov:"Yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaqdır"
İbrahim Cəfərov:"Yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaqdır"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi