azia.az
azia.az

Sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi

Bu gün, 10:47

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.

Qaynarinfo Unikal-a istinadən xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra Zəyəm çayında suyun səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi