azia.az
azia.az

Beynəlxalq uşaq festivalında Azərbaycan mədəniyyəti diqqət mərkəzində - Fotolar

15-10-2019, 11:38


Azərbaycan bu il növbəti dəfə ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib.
Beynəlxalq uşaq festivalında Azərbaycan mədəniyyəti diqqət mərkəzində - Fotolar
Azərbaycanın ABŞ-dakı səfirliyindən musavat.com-a verilən məlumata görə, bu ölkənin əsas mədəni və iqtisadi tədbirlərinin təşkil edildiyi Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından insanlar qatılıb.

Ölkəmiz festivalda Vaşinqton şəhərində yerləşən Azərbaycan məktəbinin şagirdləri ilə təmsil olunub. Tədbirdə şagirdlər Azərbaycan milli rəqsləri ilə çıxış etməklə yanaşı, festival çəçivəsində təşkil edilən “Fashion Show”-da ölkəmizin milli geyimlərini nümayiş etdiriblər.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti və milli mətbəx nümunələrini əks etdirən guşə təşkil olunub.

Festivalı açıq elan edən “Culturfied” Fondunun prezidenti Mele Melton tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi və adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu qeyd edib.

Daha sonra fəxri qonaqlar çıxış edərək, ABŞ paytaxtının müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət edilməsini təşviq edən bir şəhər olmasından qürur hissi keçirdiklərini bildiriblər. Festivalda 30-dan çox ölkənin milli musiqiləri, rəqsləri ifa olunub, iştirakçı ölkələrin incəsənət nümunələri nümayiş olunub, milli mətbəxi təqdim edilib.

Azərbaycan məktəbinin şagirdləri “Cücələrim”, “Eynur” və “Popuri” rəqslərini nümayiş etdirib. Altı minə yaxın insanın qoşulduğu festivalda milli rəqslərimiz və geyimlərimiz böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanını yaradılır.

Festivalda Azərbaycan ilə yanaşı İtaliya, Əfqanıstan, Albaniya, Boliviya, Misir, Moldova, Mərakeş, Hindistan, Qətər və onlarla digər dövlət təmsil olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi