azia.az
azia.az

Məhərrəmlik nə vaxt bitir?

Bu gün, 12:09

Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar.

Xəbər verilir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, məhərrəm ayı artıq çıxıb. Bu gün artıq səfər ayının 11-dir:

"İmamın qırxı səfər ayının 20-də çıxır. Ondan sonra da daha on gün gözlənilir. Bu il səfər ayı avqustun 13-də bitəcək. Avqustun 14-ü artıq rəbiül-əvvəl ayının biri olacaq. Bu, müsəlman təqviminin üçüncü ayıdır. Avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar".

Qeyd edək ki Azərbaycanda məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi