azia.az
azia.az

Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...

4-10-2019, 10:27

Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist sosial şəbəkədə yeni araşdırma ilə çıxış edib. Bu dəfə iri ranqlı məmurlar deyil, orta ranqlı məmurdan söz gedir. Azərbaycanda orta ranqlı məmurlarında Çexiyada biznes imperiyasının mövcud olduğunu aşağıdakı sənədlər sübut edir!
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin sabiq direktoru, Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılovun Çexiyada biznesi var.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb:

"Çexiyadakı VORMAX SRO şirkəti 2009-cu ilin martında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır.

Vilayət İsmayılov həm də Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir.

Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.

Vilayət İsmayılov 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb".
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...
Bakı Qida Sənayesi Kollecinin direktorunun Çexiyada böyük ailə biznesi aşkarlandı - Sənəd-sübut...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi