azia.az
azia.az

Kamal Abdula media kapitanını məhkəməyə verib Əvəz Zeynallını hakim qarşısına çıxacaq

31-07-2019, 17:24

Kamal Abdula media kapitanını məhkəməyə verib Əvəz Zeynallını hakim qarşısına çıxacaq
Azia.az təqdim edir. Azərbaycan Dillər Universitetinin mətbuat xidməti “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı, Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı
Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın məhkəməyə verilməsi ilə bağlı açıqlama yayıb.
Azerbaycanrealligi.com-un məlumatına görə, açıqlamada qeyd olunur ki, adıçəkilən şəxslər ötən aylar ərzində dəfələrlə universitet rəhbərliyinə və kollektiv
üzvlərinə müxtəlif mətbuat orqanlarında əsassız, böhtan xarakterli fikirlər səsləndirib, bununla da ali təhsil ocağının işgüzar nüfuzuna ziyan vurublar.
Xəbərdarlıq olaraq Azərbaycan Dillər Universitetinin Elmi Şurası qərar çıxarıb ki, ali məktəb kollektivinin ayrı-ayrı üzvlərinin ictimai nüfuzuna, eləcə də
universitetin işgüzar nüfuzuna xələl gətirən məlumatlar dayandırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcək. ADU-nun kollektivi yekdil rəylə
məhkəməyə müraciət hüququndan istifadə etməyi qərara alıb və adı çəkilən şəxslərlə bağlı iddia qaldırıb.
“Təəssüf ki, qarşı tərəf yenə qərəz nümayiş etdirərək, universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya növbəti dəfə böhtan atır, iddiadan irəli
gələn pul təzminatını doğru istiqamətdə şərh etməyərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məsələ pul təzminatında yox, ADU-nun öz işgüzar nüfuzunu
qorumasındadır. Qarşı tərəf üzr istəməli, indiyədək irəli sürdüyü böhtanlara görə təkzib verməlidir. Əgər məhkəmə pul təzminatının ödənilməsi barədə də qərar
qəbul edərsə, həmin vəsait universitetin Sosial fonduna köçürüləcək, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə, qaçqın və köçkün ailələrindən olan
tələbələrə müxtəlif maddi yardımların göstərilməsinə, eləcə də tələbələr üçün nəzərdə tutulan sosial layihələrə sərf olunacaq” – deyə, açıqlamada qeyd olunur.
Azerbaycanrealligi.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi