Yarışma qalmaqalı davam edir: Aparıcılarla jurnalistin məhkəməsi başladı
Yarışma qalmaqalı davam edir: Aparıcılarla jurnalistin məhkəməsi başladıBu gün Nizami Rayon Məhkəməsində aparıcı Vüsalə Hüseynova (Səid) ilə aktrisa Aysel Hacıyeva (Nazim) və musavat.com xəbər portalının məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, V.Səid özünün şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər gətirildiyi iddiası ilə məhkəməyə ərizə verib. Hakim Həqiqət Əhmədovanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda hər iki tərəfin anket məlumatları dəqiqləşdirilib. Proses aprelin 11-də davam etdiriləcək.
Qeyd edək ki, bir müddət öncə tərəflər arasında qalmaqal yaşanıb. Belə ki, ötən il Bakıda Hakan Solakerin layihəsi olan “Sinema güzeli: Sinemanın kral və kraliçası” yarışması keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri isə Vüsalə Səid olub. Daha sonra layihədə ortaq olan Atilla Kaplakarslan ilə Hakan Solaker yollarını ayırıb.
H.Solaker yarışmanı “Sinema güzeli” adı ilə keçirməyə davam edib. Bu dəfə Azərbaycanda layihə rəhbəri Aysel Nazim seçilib. Layihə ilə bağlı sosial şəbəkədə məlumat yayıldıqdan sonra ötən il yarışmada münsif olan əməkdar artist Məlahət Abbasova Vüsalə Səid və layihə təşkilatçıları barədə müxtəlif ittihamlar səsləndirib. M.Abbasovanın açıqlaması mediada və sosial şəbəkədə yayılıb.V.Səid isə media nümayəndələrinə həmin ərəfədə açıqlama verməyib, 1 həftə sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında isə şərəf və nüfuzuna xələl gətirildiyini açıqlayıb və xəbəri ilk yazan musavat.com saytının əməkdaşı Könül İbrahimovanı məhkəməyə verəcəyini bildirib