azia.az
azia.az

Cavid Qurbanov qənaət edə biləcəkmi? - Bəs, milyonluq layihələr, tenderələr?

28-06-2021, 17:52

Cavid Qurbanov qənaət edə biləcəkmi? - Bəs, milyonluq layihələr, tenderələr?
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sının müzakirəsi aparılıb.

Bzimxeber.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.

Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov diqqətə çatdırıb ki, Cəmiyyətin strateji hədəf və tədbirlər planını müəyyən edən bu sənəd 2030-cu ilədək dəmir yolu nəqliyyatının inkişaf istiqamətlərinə baxış imkanı verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

Layihənin gedişatı barədə təqdimat edilib, qarşılıqlı sual doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cavid Qurbanov qənaət edə biləcəkmi? - Bəs, milyonluq layihələr, tenderələr?
Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının iclasında çıxış edən sədr Rəşad Nəbiyev dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

QSC-nin sədri Cavid Qurbanov isə deyib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

Yəni ki, kimin nə deməzindən asılı olmayaraq bu sahədə Cavid Qurbanovun özünün yanaşması və "idarəetmə"si var və bundan kənara çıxmaq günahdır. Bu idarəetmə isə bəllidir - talamaq, dağıtmaq və məhv etmək...

Maraqlıdır ki, uzun illər qənaət nədir bilməyən Qurbanov bundan sonra qənaət edəcəkmiş... Edə biləcəkmi? Bəs milyonları hansı yolla dağıdacaq?

Görünən odur ki, Cavid Qurbanov üçün sondur və o, qənaətlə işləməyə öyrəşmədiyi üçün bu işin öhdəsindən gələ bilməyəcək. Nəticədə ən yaxşı halda vəzifədən uzaqlaşdırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi