Yoxsa nələr olardı...
Təranə Şəms
Deyirlər ki, ayı balı çox sevir. Və bu sevginin şahidi olan bir insan danışır. Həmin insan meşəyə gəzmək üçün gəzintiyə çıxmışdı. Təsadüfən qulağına bir nərilti səsi gəlir. O, səs gələn tərəfə dönür və görür ki, ayı balla oynayır. Qabağına qoyub bir çəllək balı dayanmadan acgözlüklə yeyir və harasına gəldi sürtür. İnsan baxdı ki, ayı yaxşı vəziyyətdə deyil. Üzü- gözü şişib, əlləri də pis haldadır. Bala yığılan işlək arılar isə ayını elə - hey sancırlar. Ayı isə bu anda qəribə səslər çıxarırdı. İnsan düşündü, əşi ayını arılar sancmış. Güman edirəm mənə heçnə etməz. Yaxınlaşıb, ayıya salam verir. Ayıda balı ağzından tökə - tökə salamı alır və başını qaldırıb insana deyir. Ay insan, sənin buralarda nə işin var? İnsanda cavabında, sənin səsinə gəlmişəm. Ayı deyir: yəni mən elə pis haldayam? İstəsən sənə güzgü verə bilərəm. Məncə özünə baxsan nə etmisənsə görəcəksən. Ayı isə cavabında ona belə deyir: Olduğum meşədə bal küpü bu vaxta qədər heç qarşıma çıxmayıb. Ayı sözünü deyib, yenidən yeməyə başladı. Elə bu arada insanı fikir apardı və öz- özünə dedi: gör heyvanda belə iştah varsa, müqayisədə insanla ölçüyə gələ bilərmi? Məncə insanlar hammısı belə deyil ki?! İnsanın bəzisinin önünə bir *xəzinə* çıxsa onu sona çatdırmamış əl çəkməz. İnsan fikirləşdi bə öz fikrin təsdiqlədi. Amma insan ayının halına ürəyi acıdı. İstəyirdi ona kömək etsin. Elə bu anda kaftar sürüsü hardansa iyi duymuş və həmin məkana yaxınlaşmışlar. Bu səsi duyan insan fikirləşməyi buraxıb özünü gizlətməyi fikirləşdi. Deyəsən yaxın kollüğa qaçmağı üstün hesab etdi və gizləndi. Kaftarlar yaxınlaşdılar ayı olan sahəyə və öndə gedənləri ayıya dedi. Ayı qardaş, burada nə edirsən? Ayı elə vəziyyətdə idi ki, nə qaça bilirdi, nə də əməlli cavab verə bilirdi. Sizi bal yeməyə dəvət edirəm. Kaftarın biri cavab verdi. Biz bal yeyən deylik. Biz sənin qoxunu uzaqdan duyduq. Ona görə gəldik buraya. Səni yeyək ki, bizim də ağzımız dada gəlsin. Elə bu an bir ovçu əlində tüfəng onlara tərəf gəlirdi. Birdən gördüki, ayını kaftarlar məhv edəcək. O, havaya tüfənglə atəş açdı. Bu zaman kaftarlar ayıdan tamamilə ayrılmasalar da müəyyən qədər kənara çəkildilər. Ovçu birdə atəş açdı. Nəhayət vəhşi heyvanlar ayıdan əl çəkib qaçmağa başladılar. Kolluqda gizlənən insan həmin hadisəni izləyir və öz- özünə Allah qorusun deyirdi.
O, fikirləşə- fikirləşə ovçuya tərəf gəlməyə başladı. Onlar görüşdülər. Və ayını necə xilas edəcəkləri barəda ovçudan soruşur. Necə edək ki, ayıya heçnə olmasın. Biz onu belə vəziyyətdə qoyub getsək, bizim insanlığımıza nə deyərlər...?
Sən ovçusan və bu qanun qaydanı yaxşı bilirsən. Hadisə baş verəndə heyvana kömək üçün təcili briqada maşını çağırlar. Bəlkə bizdə elə edək. Onlar düşündüklərini həyata keçirib meşədən ayrıldılar.
Doğrudan da maraqlı mövzudur. Əgər ovçu və həmin insan ayıya rasrt gəlməsəydilər yəqin ki, kaftarlar ayını yeyəsiymişlər. Amma ayının həyatdakı bəzi hərəkətləri nəfissiz insanları göz önünə gətirir. Sən düşünürsən: əgər belə xislət heyvanda varsa, mütləqdir ki, bəzi insanlarda ayıdan geri qalmazlar.
Amma ayının xoş halına ki, onun qarşısına gözütox və hümanist insanlar çıxıbdır. Yaxşıdı ki, qarın qardaşdan, üstün olmadı oxuduğumuz təmsildə...Yoxsa nələr olardı...?
Təranə Şəms 14.10.2026