azia.az
azia.az

Erməni və Azərbaycan cəmiyyətinin Qazaxıstan hadisələrinə münasibəti necə oldu?

12-01-2022, 08:44

Erməni və Azərbaycan cəmiyyətinin Qazaxıstan hadisələrinə münasibəti necə oldu?
Erməni və Azərbaycan cəmiyyətinin Qazaxıstan hadisələrinə münasibəti necə oldu?
Azərbaycan cəmiyyətinin(xüsusilə,ictimai-siyasi seqment Qazaxıstandakı etiraz aksiyalarına münasibəti aşagı-yuxarı bəllidir. İqtidara yaxın siyasətçilər,politoloqlar,media Qazaxıstandakı hadisələri xarici amillərlə(daha çox qərbin planı) əlaqələndirdilər,baş verən qırgınları 1990-ci il 20 yanvar hadisələrinə bənzətdilər.
Təbii ki,iqtidar cinahından bu hadisələri Rusiyanın,daha dogrusu,Putinin ssenarisi oldugunu dilə gətirənlər də oldu.Bəzi hökumət nümayəndələri hətta onu da vurguladılar ki,V.Putin SSR-ni bərpa etmək istəyir.
Ancaq iqtidar cinahının əsas hipotezisi etiraz aksiyalarının xarici qüvvələrin törətdiyi ehtimalını agitasiya etmək oldu.
Azərbaycan müxalifətinə gəldikdə isə,onlar bu hadisələrin səbəblərini 31 illik Qazaxıstanda mövcud avtoritarizm,diktator rejimi ilə əlaqələndirdilər.Müxalifətə görə,qazax xalqı 30 ildən çoxdur N.Nazarbayevin qurdugu sərt avtoritar rejimə dözə bilmədi və günün birində yanacagın da qiymətinin yüksəldilməsinə etiraz olaraq Nazarbayev-Tokayev cütlüyünə qarşı kütləvi etiraz aksiyalarına başladılar.
Əlqərəz,bizim müxalifət hesab edir ki,qazaxlar haqlı olaraq avtoritar rejimə qarşı çıxdılar.İlk başdan bizim müxalifət bir hipotezisin üzərində durdu ki,etirazların ssenarisi Rusiyadan deyil,xalq Qazaxıstanda demokratik cəmiyyət qurmaq istəyir-hətta müxalif institutlar,liderlər olmasa da.
Lakin daha sonrakı günlərdə müxalif cameə arasında da bu hipotezisin tərəfdarları azalmaga başladı və daha məqbul yanaşma nümayiş etdirməyə başladılar.
Ermənistan ictimaiyyətinin Qazaxıstandakı etiraz hərəkatına münasibətini 3 hipotezis üzərindən dəyərləndirmək mümkündür...
1)Qazaxıstandakı hadisələr qazax demokratlarının avtoritarizmə qarşı mübarizəsidir.Ermənilərə görə,Türk Baharı"prosesinə start verilib.
Lakin bir məsələ də var ki,Qazaxıstanda müəyyən klanlar(əsas 3 klanın oldugu deyilir)var və bu qruplar ölkədəki avtoritarizmin siyasi dayaqlardır.O da məlumdur ki,qazax cəmiyyətinin sosial strukturunda ayrı-ayrı oliqarxlar,agsaqqallar şurası və müxtəlif sosial-siyasi icmalar var.
2)Ermənilərin ikinci hipotezisi bu idi ki,etirazların arxasında Türkiyədir(qismən də Qərb)və Ankara Qazaxıstanı Rusiyadan qoparmaq və Turan ideyasını həyata keçirmək istəyir.Erməni və Azərbaycan cəmiyyətinin Qazaxıstan hadisələrinə münasibəti necə oldu?
Məsələ budur ki,ikinci tezisin tərəfdarları daha çox erməni cəmiyyətinin milliyətçi və populist hissəsidir.Hərçənd,bu tezis qeyri-rasional və məntiqsiz yanaşmadır.Çünki,Türkiyə Qazaxıstanın cəmiyyətinin daxili dinamikasına o qədər bələd deyil ki,bu ölkədə inqilab edib onu Rusiyadan qoparsın.
Hər halda,Ankara dər edir ki,hətta buna cəhd etsə belə,Rusiya ən azından Qazaxıstanın şimalındakı rus əhalisi vasitəsilə ikinci Donbası yarada bilər.
Digər tərəfdən,Ankara o qədər agılsız deyil ki,ruspərəst,artıq kremlin canişini olan K.C.Tokayevin vasitəsilə bu ölkədə rəngli inqilab etsin.
3)Ermənilər iddia edirlər ki,Tokayev N.Nazarbayevin təsirini sıfıra endirmək və özünün absalyut hakimiyyətini qurmaq üçün bu etiraz aksiyalarını təşkil edib.
Əslində,bu iddia elə Azərbaycan cəmiyyətində də var.
Ümumiyyətlə,avtoritar və diktator liderlər üçün hakimiyyəti bir əldə cəmləmək şirindir və onlar "kratiya"nı xalqla bölüşmürlər.Bu,avtoritarizmin elə təməl prinsipidir.Diktatorlar,tiranlar,avtoritar liderlər "şərikli"və yaxud kollegial idarəetməyə nifrət edirlər.
Eyni zamanda,erməni cəmiyyətində bir qrup da var ki,Putindən daha çox "putunlik"edirlər.Təbii ki,bu kütlə N.Paşinyana qarşı olanlardır,hətta bunlara Ermənistanda Rusiyanın 5-ci kalonu oldugunu da demək mümkündür.Bu ermənilər düşünür ki,N.Paşinyan küçədən hakimiyyətə gəlib və ona görə də Qazaxıstanda da küçədən hakimiyyətə(?)gəlmək istəyənlər də bilavasitə Nikolun taylarıdır.

Kamal Aliyev,
politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi