azia.az
azia.az

Telefonda bunu etsəniz pulunuz bir neçə saniyəyə yoxa ÇIXACAQ- DİQQƏT

Bu gün, 09:00

Son dövrlər dələduzlar insanların bank məlumatlarını ələ keçirmək üçün saxta kvadrat kodlardan (QR kod) istifadə etməyə başlayıblar.

Məlumata görə, onlar park aparatlarında, elektriklə işləyən avtomobillərin enerji doldurma məntəqələrində, iaşə obyektlərindəki menyularda və böyük marketlərin kassalarında bu kodları yapışdıraraq insanları aldadırlar.

Əsas hiylə budur: Dələduzlar əvvəlcədən qoyulmuş əsl kodun üzərinə öz saxta kodlarını yapışdırırlar. İnsanlar bunu hiss etmədən telefonlarının kamerası ilə həmin kodu oxudur və saxta ödəniş səhifəsinə yönləndirilirlər.

Əgər vətəndaş bu səhifəyə kart məlumatlarını daxil edərsə, bank hesabındakı pul bir neçə saniyə içində oğurlana bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, kvadrat kodu oxutmazdan əvvəl onun görünüşünə diqqət edin. Kod əyilmiş, üzəri başqa kağızla örtülmüş və ya qəribə görünürsə, onu istifadə etməyin.

Bank kartı məlumatlarınızı naməlum saytlara daxil etməyin. İmkan varsa, ödənişləri yalnız rəsmi proqramlar və tətbiqlər vasitəsilə edin. Bu cür dələduzluq halları xüsusilə iri şəhərlərdə daha sürətlə yayılır. Dələduzlar daha çox insanların çox olduğu yerləri hədəf seçirlər.

Bəzi bələdiyyələr və dövlət qurumları insanlara xəbərdarlıq edərək bildirirlər: “Kvadrat kodu oxutmazdan əvvəl iki dəfə düşünün". 

Belə hallarla qarşılaşdıqda təhlükəsizlik orqanlarına məlumat vermək vacibdir.

Xeyrənsə Piriyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi