U-23 AÇ-2016: ikinci gün daha 4 yunan-Roma güləşçimiz yarışacaq
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurub. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.
İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəkidə yunan-Roma güləşçiləri yarışacaq.
66 kq
1/8 final - Elman Muxtarov - Pal Eirik Gundersen (NOR)
75 kq
1/16 final - David Piotr Klimek (POL) - Şəmistan Quluzadə
85 kq
1/8 final - İslam Abbasov - Şalva Kaçidze (GEO)
130 kq
1/8 final - Mantas Knystautas (LTU) - Oyan Nəzəriani
İlk görüşləri Bakı vaxtı ilə saat 10:00-da, final görüşləri saat 19:00-da başlayacaq.