azia.az
azia.az

3 cüdoçu yığmamızdan kənarlaşdırıldı

18-02-2016, 11:38

3 cüdoçu yığmamızdan kənarlaşdırıldı Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Baş məşqçi Peter Zayzenbaher Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri öncəsi 3 idmançını yığmamızdan kənarlaşdırıb.
Belə ki, avstriyalı mütəxəssis İlqar Müşkiyevi (60 kq) Vüqar Şirinli ilə əvəzləyib. Bu dəyişikliyin zədə səbəbindən reallaşdığı bildirilir. Həmçinin, Almaniyaya Şahin Qəhrəmanovun (90 kq) əvəzinə Ramin Qurbanovun aparılması qərara alınıb. Onlardan fərqli, fevralın 19-20-də baş tutacaq yarış üçün sifariş olunan Şəhanə Alməmmədova (57 kq) heyətdən çıxarıldıqdan sonra kiminləsə əvəzlənməyib.
Nəticədə Qran-pridə ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq.
Qeyd edək ki, yarışın püşkatması bu gün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi