azia.az
azia.az

Millimiz Almaniyaya qarşı

26-03-2017, 10:08

Millimiz Almaniyaya qarşı


Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.

azia.az qol.az-a istinadən xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan Almaniya millisini qəbul edəcək.

Cari mövsüm qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar qapısını toxunulmaz saxlamağı da bacarıb.

Son dünya çempionunun Bakıya 3 xal dalınca gəlməsi şübhəsizdir. Aktivindəki 7 xalla Şimali İrlandiya ilə 2-3-cü yerləri bölüşən milli komandamız isə güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.

26 mart

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

20:00. Azərbaycan - Almaniya
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

23:45.Şimali İrlandiya - Norveç

23:45.San Marino - Çexiya


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi