azia.az
azia.az

Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü

13-12-2016, 13:56

Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib

Sozazadligi.org apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.


Azərbaycan millisi 11-ci qrupda yer alıb. Yığmamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin "üçüncülər" arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə əldə edəcək.

Qeyd edək ki, final mərhələsinin meydan sahibi İngiltərə və yarışa elit-raunddan başlayacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdən azaddır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi