İdmançılarımız dünyada ikinci oldular
Bolqarıstanın paytaxtı Sofiya şəhərində sambo üzrə dünya çempionatı başa çatıb
azia.az report-a istinadən xəbər verir ki, yarışın son günü də idmançılarımız üçün uğursuz olub.
Belə ki, millimizin üzvləri Yusif Nəbiyev (62 kq) və Vüqar Bayramov (82) mübarizəyə qələbə ilə başlasalar da, hər ikisi 1/4 finalda məğlub olub. Samboçularımız təsəlliverici görüşlərdə də ümidləri doğrultmayaraq yarışı medalsız başa vurublar.
Dünya çempionatında Rusiya millisi komanda hesabında 1-ci olub.
Xatırladaq ki, noyabrın 11-də start götürən yarışın ilk günü millimizin üzvü Emin Həsənov (68 kq) finalda rusiyalı Nikita Kletskova məğlub olaraq çempionatın gümüş medalını qazanıb.
Üç gün davam edən dünya çempionatında 85 ölkədən 600 samboçu 27 dəst medal uğrunda (9 dəst idman sambosu, 9 dəst döyüş sambosu) mübarizə aparıb.