azia.az
azia.az

Nazirlikdən üç ali məktəbin diplomunun Türkiyədə tanınmaması ilə bağlı AÇIQLAMA

30-05-2019, 13:31

Nazirlikdən üç ali məktəbin diplomunun Türkiyədə tanınmaması ilə bağlı AÇIQLAMA
Bakı Mühəndislik Universitetinin, "Odlar Yurdu"Universitetinin və Gəncə Texnologiya Universitetinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı informasiyalar hələlik dəqiqləşdirilməmiş xəbərdir. Azia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.
O, bildirib ki, bu barədə Türkiyə tərəfindən rəsmi məlumat daxil olmayıb: “Hansısa universitetimizin diplomunun Türkiyədə tanınmaması ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir şey olarsa, biz bunu araşdıracağıq. Ən azı biz hər bir Azərbaycan universitetinin, xüsusilə də dövlət universitetlərinin verdiyi təhsilə inanırıq. Əgər anlaşmazlıq olarsa, nazirlik bu problemi aradan qaldıracaq”.
Qeyd edək ki, bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov sözügedən universitetlərin diplomlarının Türkiyədə tanınmadığını açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi