azia.az
azia.az

Azərbaycan alimi Beynəlxalq konfransda iştirak etdi

30-04-2019, 17:09


Azərbaycan alimi“MESMAP-5. Tibbi və ətirli bitkilər”adlı Beynəlxalq konfransda iştirak edib
Azərbaycan alimi Beynəlxalq konfransda iştirak etdi
Türkiyənin Kappadokiya vilayətində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumu keçirilib.
24-28 aprel 2019-cu il tarixlərindəTürkiyənin Kappadokiya vilayətində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumunda Azərbaycanı MEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təmsil edib.
Azərbaycan alimi Beynəlxalq konfransda iştirak etdi
Beynəlxalq tədbirdə “Hirkan florasının bitki biomüxtəlifliyinin müqayisəli təhlili” adlı məruzə ilə çıxış edən Azərbaycanlı alim Hirkan florasında biomüxtəlifliyin mövcud vəziyyəti, onun qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Bu istiqamətdə aparılan tədqiqat işlərindən danışan T.Məmmədov qeyd edib ki, Dendrologiya İnstitutunun əməkdaşları Hirkan florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir. Ərazidə olan 26 fəsilə 40 cinsə aid 60 növ nadir və nəsli kəsilməkdə olan ağac- kol bitkisinin təbii areal¬ları, populyasiyalarda fərdlərin yayılması göstərilməklə, yaşlı nüsxələr üzərində dendroxronoloji tədqiqatlar aparılmışdır. Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, Hirkan florasında əksər növlərin arealları əvvəlki illərə nisbətən kiçilmiş, say nisbəti azalmış və bir çox növlər məhv olma təhlükəsindədir.Azərbaycan alimi Beynəlxalq konfransda iştirak etdi
Azərbaycan alimi Beynəlxalq konfransda iştirak etdi Bu baxımdan ərazidə aparılan monitorinqlər və təhlillərdə bitklərin areallarının kiçilmə səbəbləri araşdırılmış, həmin bitkilərin ƏMBMİ-nın (İUCN) 3.1 versiyasına əsasən təhlükə meyarları müəyyən edilmişdir. Tədqiqat işində, növlərin bioloji xüsusiyyətləri, təbii ehtyatının dəyişilmə səbəbləri və mühafizə tədbirləri işlənilib hazırlanmışdır. Nadir-nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin herbariləri toplanmışdır.

Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi