AMEA Botanika İnstitutunun gənc tədqiqatçısı Yaponiyada keçirilən beynəlxalq seminarda iştirak edib
Azia.az: AMEA Botanika İnstitutunun Mikologiya laborotoriyasının kiçik elmi işçisi Aynur Baxşiyeva 23-24 fevral 2019-cu il tarixində Yaponiyanın Tokyo şəhərində Tamagawa Universitetinin təşkilatçılığı ilə keçirilən Asiyalı tələbələr üçün 2-ci Beynəlxalq seminarda (2nd International workshop on basic fungal identification skills for Asian students)iştirak edib. Seminar Yaponiyanın Gifu Universitetinin Dr. Ayaka Hieno və Tokyo Kənd Təsərrüfatı və Texnologiyası Universitetinin nümayəndəsi Dr. Seige Uematsu tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycan da daxil olmaqla 5 ölkədən (Yaponiya, Malayziya, İndoneziya, Hindistan) 11 nümayəndə iştirak edib.
Seminarın əsas məqsədiPhytophtora cinsi göbələklərinin morfologiyası həyat dövriyyəsi, sahib bitki spesifikliyi və törətdiyi xəstəlik simptomları, öyrənilmə tarixi barədə məlumat çatdırmaq vəPhytophthora cinsinə aid olan növlərin təyinatında molekulyar metodlardan istifadəni öyrətmək olub.Seminarda qazanılan biliklər ölkəmizdə Phytophthora cinsi üzrə müasir metodlarla tədqiqatları həyata keçirməyə imkan verəcəkdir.
Qeyd edək ki, Asiyalı tələbələr üçün təşkil edilən beynəlxalq seminar 2018-ci ildən etibarən keçirilir və növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.
AMEA Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs M.Qurbanova