azia.az
azia.az

Davamlı üzvi çirkləndiricilərlə bağlı seminar keçirilib

3-04-2019, 16:55

Davamlı üzvi çirkləndiricilərlə bağlı  seminar keçirilib
AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bitkilərdən istifadə etməklə davamlı üzvi çirkləndiricilərlə (DÜÇ) çirklənmiş torpaqların təmizlənməsi imkanlarının öyrənilməsi üzrə Azərbaycan, Almaniya və Gürcüstan alimlərinin birgə tədqiqatlarının nəticələrinə həsr olunmuş seminar keçirilib.
Seminarda AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev,həmin müəssisənin professoru Dr. Pərvin Məmmədova, Dr.Elbəy Babayev, Dr.İradə Eyvazova, Almaniyanın Giessen Universitetininprofessoru Dr. Rolf Düring və Dr.Marcel Simon, Mannheim Universitetininprofessoru Dr. Philip Wellervə Reyn-Waal Tətbiqi Elmlər Universitetininprofessoru Dr.Daniela Lud, Tbilisi Dövlət Universitetininprofessoru Dr.Besik Kalandadze,AMEA Radiasiya Problemləri İnstitutununprofessoru Dr.İslam Mustafayev, AMEA Mikrobiologiya İnstitutunun professoru Dr.Nəriman İsmayılov, AgriBio EkoTech şirkətinin prezidenti Əli Əlizadə və Gəncə Aqrobiznes Assosiasiyasının İdarə Heyətinin sədri Dr.Vüqar Babayev iştirak ediblər.
Akademik Vaqif Fərzəliyev DÜÇ-ün olduqca toksik, təhlükəli kimyəvi maddələr olduğunu bildirib. Qeyd edib ki, onlar ətraf mühitdə uzun müddət qala, uzaq məsafələrə yayılaraq insan və heyvanların yağ toxumalarında yığıla bilər. Bu baxımdan seminarın əhəmiyyətini vurğulayan akademik iştirakçılara tədbirin işində uğurlar arzulayıb.
Tədbir zamanı DÜÇ problemi ilə bağlı aparılan araşdırmalar üzrə beş məruzə dinlənilib. Problemin aktuallığı baxımından seminar interaktiv formada keçirilib və hər bir təqdimatda bu istiqamətin prioritetliyi vurğulanıb.
Sonda əldə edilmiş nəticələr müzakirə olunubvə birgə əməkdaşlıq üçün növbəti addımlar müəyyən edilmişdir.


Akademik Ə.M.Quliyev adına
Aşqarlar Kimyası İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi