azia.az
azia.az

BDU-da təftiş aparılıb, 5 milyondan artıq borc çıxıb - Kimlər vəzifədən gedəcək?

13-02-2019, 17:10

BDU-da təftiş aparılıb, 5 milyondan artıq borc çıxıb - Kimlər vəzifədən gedəcək?

Azia.az xəbər verir ki,"Bakı Dövlət Universitetinin təkcə kommunal, vergi, DSMF-ə olan borcları 5 milyona yaxındır".

Bu barədə BDU-dan verilən məlumata görə, bu saat elə bir kaferda, dekanlıq yoxdur ki, təkcə telefonlara borcu olmasın. Ancaq universitet bu borcları da ödəyə bilmir.

Çünki indiyədək BDU-nun vəsaitlərinin bir hissəsi təyinatından kənar sahələrə xərclənib.

Məlumata görə, rektor əvəzi Firudin Qurbanov BDU-da dekabrdan bu yana ciddi təftiş apartdırıb:

"Aydın olub ki, sabiq rektor Abel Məhərrəmov və onun oradakı yaxın ətrafı universitetin maliyyə-təsərrüfat fəaliyyəti ilə istədikləri kimi davranıblar. Bu məsələdə Abel Məhərrəmovun ən sadiq adamlarından olan təsərrüfat üzrə prorektor Nəbi Ramazanlının az rolu olmayıb. Hələlik detallara toxunmuram. Amma bilin ki, BDU-nin liseyindən, tikdiyi mənzillərin paylanması, həmçinin imtahan, təyinat proseslərinə qədər Firudin Qurbanov artıq bütün məlumatlara sahibdir. Çox böyük ehtimalla bir neçə gündən sonra Abel Məhərrəmovun universitetdəki qohumları və ən yaxın ətrafı ilə, o cümlədən iki prorektor, bir müşavirlə mərhələlərlə vidalaşacaqlar".

Məlumata görə, rektor əvəzinin təftişlə bağlı Təhsil Nazirliyini məlumatlandırılıb: "Yəqin ki, BDU ilə bağlı atılacaq addımlar nazirliyin qərarından sonra həyata keçiriləcək. Ola bilər ki, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və digər qurumlara da rəsmi müraciət etsin".

Abel Məhərrəmovun xəstəliyi ilə bağlı məqama toxunan BDU-dakı mənbə deyib ki, o, xeyli müddətdir universitetə gəlmir: "Daha dəqiqi, rəhbərlik etdiyi kafedrada təmir işi aparırdı. Həmin vaxt kafedrada özü üçün ayrıca tualet də tikdirdi. Bunu da Firudin müəllim eşitdi və ona "Burada səndən başqa hansı kafedrada tualet var" deyib, etiraz elədi. Elə həmin tualeti də təmirə rəhbərlik edən prorektor Nəbi Ramazanlının özünə sökdürdülər. Sözüm odur ki, ondan sonra Abel Məhərrəmov bura bir, ya da iki dəfə gəldi. Sonra xəbər yayıldı ki, bəs xəstədir, Almaniyaya aparılıb. Dünən isə saytlar Bakıda xəstəxanada olduğunu yazıblar. Bunun dəqiqliyini BDU-da heç qohumları da bilmir".

Qeyd edək ki, bu və ya digər məlumatlarla bağlı fevralın 10-da BDU-nun mətbuat katibi Pərvanə İbrahimovaya sorğu verdik. Lakin xanım hələ də cavablandırmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi