azia.az
azia.az

“Sən insandan əmələ gəlməmisən”: 13 yaşlı qızı məktəbdə necə təhqir edib xəstəyə çeviriblər -VİDEO

21-01-2019, 10:22

“Sən insandan əmələ gəlməmisən”: 13 yaşlı qızı məktəbdə necə təhqir edib xəstəyə çeviriblər -VİDEO
Azia.az xəbər verir ki,Məktəb direktoru olmaq üstə gedən oyunlarda isə əməlli-başlı qurbanlar var.
Ağdam təhsili qərəz meydanına çevrilib. Təhsil şöbəsi müdri Mətanət Misirxanova kimdən xoşu gəlmirsə onları şərləməklə, hədə -qorxu gəlməklə və başqa yuxarı orqanlara yalnış məlumat verməklə işdən azad edirlər. Ağdam təhsilində vəziyyət o həddə çatıb ki, bir müdət əvvəl övladının təhsilini tələb edən məktəb müəllimi on günlük həbsə atılmışdı.
Elə məktəb var ki, az müddət ərzində beş dəfə direktor təyinatı olub. Onların hər biri həmin məktəblərdə bir ay işləmiş və xaric olunmuşdur. Ağdamın hazırda otuza yaxın məktəbində direktorlar həvalə olunma qaydaları ilə işləyir. Təbii ki bu kimi hallar düşmənlə təmas xəttində yerləşən bir rayon təhsilinin vəziyyətini bir az da çətinləşdirir.
Dəfələrlə Təhsil Nazirliyinə Ağdam ziyalıları adından vurulan teleqramm və məktublara hansısa səbəbdən laqeyd münasibət bəslənərək heç bir tədbir görülmür. XXI əsrdə Ağdamda “papka” deyilən məktəblər hələ də fəaliyyət göstərir.
Dediyimiz kimi direktor kreslosu uğrunda “müharibələrdə” qurbanlar təkcə direktor.müavin yaxud müəllim heyəti olmur. Bəzən intriqalarda məktəblilər və onların valideynləri qurbana çevrilir.
Ağdam 71 saylı məktəbdə baş verən olaylar haqda bir müeddət əvvəl yazmışdıq.
Olanları bir daha xatırladırıq.
Musayevlər ailəsindən Bakunews.az- bildirilən məlumata görə, övladları Vəciyyə Musayevaya qarşı 71 saylı məktəbdə qəbul edilməz psixoloji təzyiqlər edilib.
Vəciyyə Musayevanın anası qeyd edir ki, övladı 24.10.2018-ci il tarixində məktəbdə nəzarətsiz qalaraq xəsarət almışdır. Bunun səbəbkarları isə direktor müavini Könül Əliyeva və nəzarətçi olaraq təyin edilən 4 şəxsdir. Qızı V.Musayevanın xəsarət almasından dərhal sonra xəstəxanaya müraciət ediblər. Hadisənin məktəbdə baş verməsi həkimlər tərəfindən nəzərə alınaraq polisə də müraciət edilib.
Əvvəlcə valideynlərə xəbər çatıb ki, uşağın gözünə top dəyib. Məktəbə gələndə məlum olub ki, uşaqlardan birinin atdığı marker Vəciyyənin göz nahiyyəsinə dəyərək ağır xəsarət yetirib. Sinif rəhbəri Vəciyyəyə deyib ki, evə xəbər etmə, top dəydiyini de.
Sinif rəhbərindən fərqli olaraq məktəbin direktoru Nailə Rüstəmova Vəciyyəyə şəxsən kömək edib, yardım göstərib. Valideynlərinə isə gizlətmədən deyib ki, uşaqlar bir-birinə marker atıb və təsadüfən Vəciyyənin gözünə dəyib.
Valideynlər ötən ilin oktyabrının sonunda olan bu hadisədən sonra qızlarını müalicə etdiriblər. Zərifə Əliyeva adına Göz Xəstəlikləri Institundan belə müayinələr olub. Deyilib ki, uşağın gözü güclü xəsarət alıb. 30 faiz görmə var. Müalicə ilə sağala bilər. Ancaq uşaq gərək həyacan və stres keçirməsin. Onunla çox yumşaq rəftar edilsin.
Valideynlər bu zədəyə görə heç kimdən şikayətçi olmayıblar. Yalnız müəllimlərdən xahiş ediblər ki, Vəciyyə ilə sərt rəftar olmasın. Sağalması üçün stres vəziyyətlərə düşməsin.
Ancaq əksinə olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi