azia.az
azia.az

İlham Əliyev və Azərbaycan təhsili

25-12-2018, 12:03

İlham Əliyev və Azərbaycan təhsili
Azərbaycan təhsili özünün ən böyük inkişaf mərhələsini yaşayır. Azərbaycanda təhsilin inkişafı ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı göstərir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.

Bu sahədə qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son illərdə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəəssisələri bərpa və əsaslı təmir edilib.
Dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 13 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub. Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.

Təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Hesab edirəm ki, biz hazırda həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görməkdəyik. Dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır.

Prezident İlham Əliyev təkcə təhsil sahəsində deyil, ümumilikldə, Azərbaycanın bütün sahələr üzrə inkişafını təmin etmişdir. O, həm də dünya liderləri içərisində xüsusi nüfuz və imicə malikdir. Dünyada sülhün qorunmasında müstəsna rolu olan, xalqımızın maddi rifah halını ən yüksək səviyyədə təmin edən İlham Əliyev bütün dünya üçün mühüm faktora çevrilib. Təsadüfi deyil ki, dekabrın 23-də Prezident İlham Əliyev Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən “İlin dövlət başçısı” seçilib. Federasiyanın idarə heyətinin sədri Bilal Dündar məlumat bildirib ki, İlham Əliyev 16 bölgədəki dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatının müştərək qərarı ilə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.

Mən də bir təhsil işçisi, ziyalı olaraq cənab Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun və sağlam ömür, müstəqil Azərbaycanımızın inkişafı istiqamətində atdığı addımlarda müvəffəqiyyət arzu edirəm.
İlham Əliyev və Azərbaycan təhsili
Yeganə Baxşəliyeva,
Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi