azia.az
azia.az

(DİM) sədri Məleykə Abbaszadədən PUL verib ixtisas seçdirənlərə XƏBƏRDARLIQ

Bu gün, 09:52

“Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin”. Yenilik.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.
O bildirib ki, Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir.
“Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir.
Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır. Elə buna görə də tövsiyəm budur ki, ilk növbədə rəsmi məsləhət xidmətindən yararlanın, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacınız olub-olmadığına qərar verin”, – deyə o əlavə edib. 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi