600-dən çox bal toplasa da, universitetə qəbul olmadı
III ixtisas qrupunda 500-520 arası bal toplayan 2 abituriyent, IV ixtisas qrupu üzrə 600-610 arası bal toplayan 1 abituriyent ali məktəbə qəbul ola bilməyib.
Azia.az xəbər verir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov məlumat yayıb. O, müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edib, ali məktəblərə qəbul ola bilməyən abituriyentlər barədə statistik rəqəmləri açıqlayıb:
I ixtisas qrupu üzrə:
340-350 arası bal toplayan 2 abituriyent
300-dən çox bal toplayan 3 abituriyent
200-dən çox bal toplayan 8 abituriyent
100 bal limiti keçməyən 2068 abituriyent
II ixtisas qrupu üzrə
370-380 arası bal toplayan 1 abituriyent
300 -dən çox bal toplayan 13 abituriyent
200-dən çox bal toplayan 37 abituriyent
100 bal limiti keçməyən 69 abituriyent
III ixtisas qrupu üzrə:
510-520 arası bal toplayan 1 abituriyent
500-510 arası bal toplayan 1 abituriyent
400-dən çox bal toplayan 14 abituriyent
300-dən çox bal toplayan 89 abituriyent
200-dən çox bal toplayan 557 abituriyent
IV ixtisas qrupu üzrə:
600-610 arası bal toplayan 1 abituriyent
550-560 arası bal toplayan 1 abituriyent
500-dən çox bal toplayan 16 abituriyent
400-dən çox bal toplayan 39 abituriyent
300-dən çox bal toplayan 68 abituriyent
200-dən çox bal toplayan 85 abituriyent