Məktəbdə yandırılan məktəblinin SON DURUMU
IX sinif şagirdi tərəfindən xəsarət yetirilən məktəblinin vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Aprelin 20-si yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, dünən Yasamal rayonu ərazisində yerləşən 286 nömrəli məktəbdə yeniyetmələr arasında mübahisə zəminində insident baş verib. 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. O, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib,