azia.az
azia.az

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə BAXIŞ ZAMANI BƏZİ NÖQSANLAR AŞKARLANDI

Bu gün, 17:30

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirilib

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm vəMüstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirilib.

Başçəkmənin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və hüquqi tələblərə uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə həkim ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi müəyyən edilib. Bununla yanaşı, uşaqlar tərəfindən istifadə olunan məişət əşyalarının yararlılıq vəziyyətinin qənaətbəxş olmadığı və tələblərə cavab vermədiyi müşahidə olunub, onların yenilənməsi istiqamətində tədbirlərin görülməsi tövsiyə edilib.

Eyni zamanda, müəssisə sakinləri ilə fərdi qaydada söhbətlər aparılıb, onların mövcud şərait və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib.

Başçəkmə çərçivəsində uşaqlar üçün maarifləndirici görüş təşkil olunub, onlara hüquq və vəzifələri, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın tələbləri, hüquq pozuntularının mahiyyəti və bu pozuntuların yaratdığı hüquqi nəticələr ətraflı izah edilib, həmçinin Ombudsmanın səlahiyyətləri və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib, müəssisəyə Müvəkkilin təşəbbüsü ilə hazırlanmış hüquqi maarifləndirici nəşrlər təqdim edilib.

Başçəkmənin yekununda müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib və hüquqi maarifləndirici söhbət aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi