azia.az
azia.az

Milyonluq maxinasiya və ya ATİAHİ ailə biznesinə necə çevrilib? - ŞOK DETALLAR

1-04-2025, 12:57

Həmkarlar İttifaqından şikayətlər gəlməyə davam edir. Davamlı həmkarların yeyinti ilə məşğul olduğu vurğulanır və artıq müəllimlər qəzəblərini saxlaya bilmirlər.
Belə ki, Lənkəran təhsil işçilərinin Lənkəran rayon ATİAHİ-nin (Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı) fəaliyyəti ilə bağlı təhsil işçilərinin ciddi sualları var. Ayda təxminən 75-80 min manat, illik isə 900 min manata yaxın vəsait yığılır. Lakin bu pulların hara və necə xərcləndiyi barədə nə şəffaf hesabat təqdim edilir, nə də sorğulara cavab verilir.
Bu pullar hara gedir?
Təhsil işçiləri illərdir ki, maaşlarından tutulan 2% məbləğin necə idarə olunduğunu bilmirlər. Həmkarlar İttifaqının əsas funksiyası onların hüquqlarını qorumaq və sosial rifahlarını yüksəltmək olmalıdır. Lakin ortada nə təhsil işçiləri üçün nəzərdə tutulan sosial proqramlar görünür, nə də onların problemlərinin həlli ilə bağlı real addımlar atılır. Artan sadəcə sədrlərin pulları, imkanları, şəraitləridir. Bahalı, çox bahalı maşını, şəxsi şoferi, işdə qohumbazlıq və s.

Mersedes GL haradan alınıb?
Məlumatlara görə, ATİAHİ rəhbəri bahalı Mersedes GL markalı çip maşını sürür. Suallar yaranır: bu maşın hansı pulla alınıb? Həmkarlar İttifaqının vəsaitləri şəffaf xərclənməli olduğu halda, rəhbər şəxsin bu cür lüks həyat tərzi necə izah olunur?
Şəxsi şofer – amma görünməyən biri!
İdarənin balansında maşın olduğu halda və şəxsi şoferi təyin edildiyi halda, heç kim onun şoferini görməyib. Əgər şofer varsa, o haradadır? Əgər yoxdur, onda bu vəzifəyə ayrılan maaş kimə gedir?
Məsləhətçi həyat yoldaşı – ailəvi idarəçilik?
Daha bir maraqlı məqam isə ATİAHİ rəhbərinin həyat yoldaşını özünə "məsləhətçi" təyin etməsidir. Əgər bu ittifaq təhsil işçilərinin problemlərini həll etmək üçün qurulubsa, vəsaitlər niyə ailə çərçivəsində idarə edilir? Təhsil işçilərinin maaşından tutulan 2% pulun necə xərclənməsi də məhz bu "məsləhətçi" tərəfindən müəyyənləşdirilir. Bu, ciddi korrupsiya əlamətləri daşımırmı?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi