azia.az
azia.az

254 saylı məktəbdə idman müəllim dəyənəklə şagirdləri belə döydü- Video

5-03-2025, 10:11

Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.

Azia.az bloqu xəbər verir ki,bu barədə məlumat və görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:
Bakıda müəllim 10-cu sinif şagirdlərini döydü - ARAŞDIRMA BAŞLADI / ANBAAN GÖRÜNTÜ“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb uşaqlarını təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir”, – deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanladıq.

Qurumun Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi haqqında əlavə məlumat veriləcək.

Anaban video bu linkdədir:https://www.youtube.com/shorts/pK1-AsFUXIU



 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi