azia.az
azia.az

Bu müəllimlərə əlavə güzəştlər edilməsi məsələsinə baxıla bilər - AÇIQLAMA

19-02-2025, 19:16

"Məsafə uzaqlığına görə müəllimlərə əlavə ödəniş verilir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov uzaq yerlərdə işləyən müəllimlərin maaşının artırılması, onlara müəyyən güzəştlər edilməsi ilə bağlı təkliflər barədə danışarkən dedi.

Onun sözlərinə görə, məsafə uzaqlığından asılı olaraq H1 və H2 tətbiq olunur:

"Burada əlavə ödəmələr nəzərdə tutulur. Tutaq ki, hansısa müəllim Tovuzda yaşayır, ancaq dərs dediyi təhsil müəssisəsi Lerikdədir, bu zaman o müəllimlərə dövlət tərəfindən əlavə ödənişlər olunur. Əslində, bu ödəmələri artırmaq və ya stimullaşdırıcı tədbirlər həyata keçirmək istiqamətində hesab edirəm ki, müzakirələrə açıq olmaq lazımdır".

Ekspert qeyd etdi ki, əgər müvafiq araşdırma apardıqdan sonra həqiqətən də müəyyənləşsə ki, müəllimlərə edilən əlavə ödənişlər azdır və ya bu ödəmələri artırmaq lazımdırsa, bu halda sosial dəstək paketinə baxılmalıdır.

"Bu, ümumilikdə müəllim əməyini stimullaşdırmağa və əməyə dəstəyi özündə əks etdirir. Verilən gəlirlərin artırılması, əlavə güzəştlər edilməsi məsələsinə baxıla bilər. Təhsil ekspertlərinin ifadə etdiyi fikirlər təhsil naminə deyilən fikirlərdir", - deyə İ.Orucov vurğuladı.

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi