Bu məktəbdə dərslər buz kimi otaqlarda keçirilir
Xaçmaz rayon İstisu qəsəbə tam orta məktəbinə istilik verilmir. 320-yə yaxın şagirdin oxuduğu təhsil ocağında dərslər bumbuz sinif otaqlarında keçirilir.
Azia.az bloqu Milli.Az-a istinadla xəbər verir ki, valideynlər istilik sisteminin işləməməsindən şikayətçidirlər:
"Məktəbdə üç övladım təhsil alır. Onları nə qədər müalicə etdirməliyəm?! 5 saat soyuqda uşaq otura bilər?! İstiliklə təminat dizel yanacağı vasitəsilə həyata keçirilir. Son bir həftədir gətirilimir", - deyə valideyn Tatyana Vəlimətova narazılıq bildirib.
Valideynlər bununla bağlı qaynar xəttə müraciət elədiklərini bildirsələr də heç bir fayda olmayıb. Uşaqlar sinifdə dərs zamanı üst geyimləri ilə oturduqlarını bildiriblər.
Məsələ ilə bağlı Quba-Xaçmaz regional təhsil idarəsinin əməkdaşı Murad Qəribov bildirib ki, müəssənin qazlaşdırılması üçün aidiyyatı qurumlarla birgə sənədləşmə işləri aparılır.