azia.az
azia.az

Müəllimləri müsahibə camanı QƏSDDƏN ƏNGƏLLƏYƏN Anar Məmmədov vəzifəsindən azad olundu - FOTO

10-12-2024, 08:25

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov vəzifəsindən azad olunub.

Azia.az bloqu editor.az-a istinadən xəbər verir ki, Anar Məmmədovun işdən çıxarılmasına bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlar səbəb olub. 

Mənbə iddia edir ki, Anar Məmmədov müsahibələr vaxtı müəllimlərə münasibətdə göstərdiyi adekvat olmayan yanaşma kütləvi etiraz doğurub və onun vəzifəsini itirməsi ilə nəticələnib.

Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti rəsmi şəkildə xəbəri təsdiqləyib. Qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov ilə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi